12px14px16px18px

Rusiyada azərbaycanlı sürücü həmkarını güllələyib

10:40 / 28.02.2012
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan əsilli marşrut sürücüsü Cəlal Hüseynov həmkarını öldürüb.Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, taksi xidməti göstərən Piteravto ASC-də çalışan 34 yaşlı Cəlal Hüseynov fevralın 24-də Baltiysk vağzalında “Yutonq” marşrut taksisinə yaxınlaşıb. Cəlal Hüseynov orada iş məsələsi ilə bağlı Özbəkistan vətəndaşı olan başqa bir sürücü ilə mübahisə edib. O, mübahisə zamanı “Osa” markalı travmatik tapançasını çıxarıb və həmkarının gözünə atəş açıb. Güllələnən taksi sürücüsü xəstəxanada ölüb.
Cəlal Hüseynov saxlanılıb, cinayət işi açılıb.


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar