12px14px16px18px

Hind okeanında dəhşət yaşanır!

10:29 / 28.02.2012
Göyərtəsində 1000 nəfərdən çox insanın olduğu gəmi batır .Keçən ay Aralıq dənizində qayalıqlara çırpılaraq yan yatan “Concordia” adlı gəminin sahibi olan İtaliyanın “Costa Crociere” şirkətinin başı üzərindəki qara bulud dağılmır.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, şirkətin “Costa Allegra” adlı başqa bir gəmisi Hind okeanında batmaq təhlükəsi ilə üzləşib.
Madaqaskar adasından Seyşel adasına gedən, göyərtəsində 636 sərnişin və 413 heyət üzvü olan gəminin mühərrik qismində dünən axşam saatlarında yanğın baş verib. Yanğın söndürülsə də, sahildən iki yüz mil uzaqlıqda olan gəminin mühərriki işləmir. Gəmi okeanda cərəyanlara qapılaraq hərəkət edir. Gəmini və sərnişinləri fəlakətdən xilas etmək üçün İtaliyadan iki gəmi göndərilib.



Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar