12px14px16px18px

Türkiyənin baş naziri İranda rəsmi səfərdədir

13:00 / 27.10.2009
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İrana rəsmi səfər gedib. APA-nın məlumatına görə, Ərdoğanın səfəri islam ölkələrinə gerçəkləşdirdiyi turne çərçivəsində baş tutub. Türkiyənin baş nazirini İran Prezidentinin Sarayında ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi tərəfindən qarşılanıb. Rəsmi qarşılanma mərasimindən sonra Ərdoğanın prezident Mahmud Əhmədinejadla görüşü nəzərdə tutulur. Türkiyə baş nazirinin keçirəcəyi görüşlərdə əsas diqqət İrandan qaz idxalının artırılmasına yönələcək.



Bu yazı ( 355 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar