12px14px16px18px

Pirallahı yaxınlığında qəzaya uğrayan rus gəmisi xilas edilib

11:55 / 27.10.2009
Rusiya Federasiyasının bayrağı altında üzən yük gəmisi Azərbaycanın müvafiq qurumları tərəfindən qəzadan xilas edilib. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının (ADDA) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 26-sı saat 12.30 radələrində Rusiya Federasiyası bayrağı altında üzən, Arxangelski limanında qeydiyyata alınmış “ANİ SERVİCES” şirkətinə məxsus “FİLİ” quru yük gəmisinin bortunda 1781 ton yüklə Mahaçqala-Nouşəhr (İran) istiqamətində hərəkət etdiyi zaman Pirallahı adasından şimal-şərqə 12 mil məsafədə maşın bölməsinə dəniz suyu dolması ilə əlaqədar həyəcan (SOS) siqnalı daxil olub.
Qəza siqnalının alınması ilə əlaqədar ADDA Fövqəladə Hallar Nazirliyi ilə birgə dərhal gəminin xilas edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlayıb.
ARDNŞ Xəzər Dəniz Neft Donanmasına məxsus “AVİOR” yedək gəmisi, “bp”, “BUE Caspian” şirkətinə məxsus “İSLAY” yedək gəmisi, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri xilasetmə işlərinə cəlb edilib və qəza yerinə göndərilib.
Bu gün saat 07.20-dək qəzaya uğramış gəmiyə müvafiq kömək göstərilib və “AVİOR” yedək gəmisi ilə yedəyə götürülərək Bakı limanı istiqamətində hərəkətə başlanıb.
Hazırda gəmidə vəziyyət stabildir və 11 nəfər heyət üzvü sağ-salamatdır.
Gəmidəki yük 400 ton kağız və 1381 ton polad olub.



Bu yazı ( 394 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar