12px14px16px18px

Mehdi Mustəfəvi: “Heç bir maneə iki ölkə arasında problemlər yarada bilməz”

16:33 / 26.10.2009
“Heç bir maneə iki ölkə arasında problemlər yarada bilməz”. APA-nın məlumatına görə, bunu İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvi “Səhər” telekanalında Azərbaycan bayrağının təhqir olunmasına münasibət bildirərək deyib: “Xoşbəxtlikdən iki ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr olduqca geniş və güclüdür. Hər iki ölkənin media orqanları dostluq əlaqələrini daha da gücləndirməyə çalışırlar. Bizim gələcəyə baxışımız aydın və işıqlıdır, məqsəd iki ölkə arasında əməkdaşlığı daha da artırmaqdır. İki ölkə arasında yüksək səviyyədə qarşılıqlı səfərlər bu əlaqələrini daha da güclü olmasının bariz nümunəsidir. Biz mədəni əlaqələri inkişaf etməsinə çalışırıq”.
Xatırladaq ki, İran İslam Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının və bu Təşkilata məxsus “Səhər” televiziya kanalının müvafiq internet saytlarında Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı yerləşdirilən video çarx və məqalədə Azərbaycanın dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunub, milli rəmzimiz olan dövlət bayrağı kobudcasına təhqir edilib, həmçinin Azərbaycan hökuməti və Milli Məclisinin üzvlərinə və digər dövlət məmurlarına qarşı böhtan xarakterli ittihamlar yer alıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota təqdim edib.



Bu yazı ( 375 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar