12px14px16px18px

“Yeni Azərbaycan”ın baş redaktorunu silahla hədələdilər

15:25 / 26.10.2009

Hikmət Məmmədov “Toyota” markalı avtomobilini idarə edərkən “Mercedes” markalı maşının sürücüsü ilə mübahisə edib
Oktyabrın 25-də saat 12.10 radələrində Nəsimi rayonundakı D.Əliyeva küçəsində, həmin küçədə yaşayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Toyota” markalı avtomaşınını idarə edərkən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib.
Lent.az DİN-in saytına istinadən xəbər verir ki, bu zaman həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq, H.Məmmədovu hədələyib və hadisə yerindən gedib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov tutulub, onun M.Fətəli küçəsi, ev 152-də kirayə götürdüyü mənzilə baxış zamanı 1 ədəd “AK” silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır.



Bu yazı ( 378 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar