12px14px16px18px

Qubadakı silahlı insident namus üstündə baş verib

15:00 / 26.10.2009
Quba rayonunda silahlı insidentin təfərrüatları məlum olub.
Quba rayon prokuroru Nazim Hacıyev ANS PRESS-ə bildirib ki, oktyabrın 25-də saat 17.00 radələrində rayonun Paşaoba kəndində kənd sakini 23 yaşlı Orxan Musayev qoşa lüləli ov tüfəngdən atəş açaraq həmkəndliləri – 20 yaşlı Xəzər Dadaşova çiyin, 16 yaşlı 7-ci sinif şagirdi Ümid Ruhullayevə isə boğaz nahiyəsindən xəsarət yetirib. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
O.Musayev keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O ifadəsində bildirib ki, hadisəni törətdiyi silah babasına məxsusdur və hadisəni şəxsi münasibətlər zəminində qisas almaq üçün törədib.
Belə ki, zərərçəkmiş Xəzər Dadaşovun Orxan Musayevin qardaşının həyat yoldaşı ilə yaxın münasibətləri olub. Orxan bunu bildikdən sonra Xəzəri öldürmək qərarına gəlib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.



Bu yazı ( 384 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar