12px14px16px18px

Bakı-Şamaxı yolu açılışa hazırlanır

14:45 / 26.10.2009

Bakı-Şamaxı yolunun yenidən qurulması ilə həmin istiqamətdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət sabah səhər saatlarınadək davam edəcək. Hazırda məhdudiyyətin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün ciddi tədbirlər görülür.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, magistral avtomobil yolun yenidən qurma işləri artıq tamamlanmaq üzrədir. Hazırda asfaltsalma işləri planlandığı kimi davam edir. Bütövlükdə isə paytaxtın əsas çıxış yolları ilə birlikdə ümumi uzunluğu 128 kilometr olan Bakı-Şamaxı-Muğanlı yolu tam şəkildə bu həftənin sonunadək hazır olacaq. Noyabrın ilk günlərində isə prezidentin iştirakı ilə magistral yolun rəsmi açılış mərasiminin keçiriləcəyi planlaşdırılır.
Xatırladaq ki, iyun ayında əsaslı təmirə dayanmış Bakı-Şamaxı-Muğanlı yolunda yenidənqurma işlərinin ən geci sentyabrın sonlarında başa çatdırılması nəzərdə tutulurdu. Nəqliyyat Nazirliyi bir aylıq gecikməni iki amillə əlaqələndirir. Nazirlikdə deyirlər ki, sentyabrın sonuncu ongünlüyü ərzində hava şəraiti yağmurlu olduğundan yolda tikinti işlərini davam etdirmək mümkün olmayıb. Bir qədər sonra isə yolun Şamaxıdan Muğanlıya gedən hissəsində yeraltı quyular tikintiyə mane olub. Belə ki, icraçılar əlavə olaraq, yolda 1 milyon kubmetr doldurma işləri görüb. Nəticədə yolun tikintisini nəzərdə tutulan vaxtda başa çatdırmaq mümkün olmayıb.



Bu yazı ( 395 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar