12px14px16px18px

Özbəkistanda kütləvi həbslər başlayıb

14:10 / 26.10.2009
Özbəkistanın şərqində yerləşən Sırdərya şəhərində kütləvi həbslər başlayıb. APA-nın məlumatına görə, hüquq müdafiəçisi Kərim Bazarbayev 70-dən artıq şəhər sakininin dini ekstremist fəaliyyətdə günahlandırılan həbs olunduğunu bildirib. Rəsmi orqanlar saxlanan şəxslərin sayını və onların konkret hansı cinayətdə ittiham olunduğunu açıqlamayıblar. Qeyri-rəsmi məlumata görə, həbslər Özbəkistan Daxili İşlər Nazirliyinin terrorçuluğa və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Həsən Əsədovun qətli ilə əlaqədardır. Adı çəkilən şəxs avqust ayında yaşadığı evdə öldürülüb. Bundan başqa həbs olunan şəxslərin Daşkənd imamı Ənvər – Kori Tursunova qarşı sui-qəsdin təşkilində iştirakı güman olunur.



Bu yazı ( 340 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar