12px14px16px18px

Taliban sıralarında döyüşən azərbaycanlılara hökm oxundu

12:50 / 26.10.2009

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə prosesində “Taliban” sıralarında döyüşən Vüqar Hüseynov və Rauf Abdullayev hər biri 6 ay olmaqla, azadlıqdan məhrum ediliblər.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, təqsirləndirilən şəxslər 4 aydır ki, həbsdədirlər və onların həbs müddəti 2 aydan sonra başa çatacaq.
Qeyd edək ki, Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq, müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək, hərbi düşərgələrdə təlimlər keçiblər.
Onlar həmin ölkələrdə Azərbaycan kontingentinin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıb. Bu ilin yanvarında Vüqar Hüseynov və Rauf Abdullayev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.
Vüqar Hüseynov və Rauf Abdullayev Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika ilə təchiz etmə (279.1 maddə), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318-ci maddə) maddələri ilə təqsirləndirilirlər.



Bu yazı ( 347 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar