12px14px16px18px

Səyyad Aran: “Çıxarılan bayraqlar yuyulduqdan sonra yenidən öz yerlərinə asılacaq”

12:39 / 26.10.2009
   “Bayraqla bağlı məsələni şişirdərək bundan yararlanmaq istəyənlər Türkiyə və Azərbaycanın güclənməsini istəməyənlərdir”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran İzmirdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıdakı türk şəhidliyindəki Türkiyə və Azərbaycan bayraqları təmizlik və təmir məqsədilə çıxarılıb. Baş konsul təmizlik və təmir işləri başa çatdıqdan sonra bayraqların yenidən öz yerlərinə asılacağını söyləyib.



Bu yazı ( 343 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar