12px14px16px18px

Fazil Mustafa yenidən BQP başqanı seçilib

12:25 / 26.10.2009
   Dünən Böyük Quruluş Partiyasının (BQP) növbəti qurultayı keçirilib. Partiyanın başqanı Fazil Mustafanın APA-ya verdiyi məlumata görə, qurultayda partiyanın seçkili orqanlarının hesabatı dinlənilib. İctimai-siyasi məsələlərin müzakirəsindən sonra BQP-nin rəhbər orqanlarına seçkilər keçirilib. F. Mustafa yekdilliklə partiya başqanı seçilib. Ali Məclisin və Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşib.
Qurultayda partiyanın dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun sayılıb. Türkiyə ilə Azərbaycan arasında son vaxtlar münasibətlərin gərginləşməsi də toplantıda müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub.
F. Mustafa bildirib ki, partiyanın rəhbər qurumlarına təyinatlara yaxın vaxtlarda baxılacaq. Qurultaydan sonra keçirilən Ali Məclisin iclasında isə partiyanın Siyasi Qurulunun tərkibi müəyyənləşib və Əjdər Əliyev Ali Məclisin sədri seçilib.



Bu yazı ( 376 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar