12px14px16px18px

“Azərbaycanla viza rejiminin ləğvini məqsədəuyğun hesab edirik”

11:55 / 26.10.2009
    Manuçöhr Möttəki: “İran Azərbaycanla birtərəfli qaydada viza sisteminin aradan qaldırılması ilə bağlı təkliflərini İran hökumətinə göndərib”.
APA-nın Tehranda olan əməkdaşının məlumatına görə, bunu İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və informasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarının nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
M. Möttəki bildirib ki, İran bəzi ölkələrlə, o cümlədən qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək üçün viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayır: “Viza rejiminin ləğvi Azərbaycanla da əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq. İran öz tərəfindən viza rejiminin ləğv edilməsini məqsədəuyğun hesab edir. Artıq Türkiyə ilə İran arasında viza rejimi ləğv edilib. Azərbaycanla da bu məsələni həll etmək istəyirik. Azərbaycan tərəfinin də belə addım atmasını istərdik”. M. Möttəki onu da deyib ki, İran Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq sənədə hökumət tərəfindən baxılacaq.



Bu yazı ( 250 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar