12px14px16px18px

“Bakıelektrikşəbəkə”dən xəbərdarlıq!

11:30 / 26.10.2009

    “Bakıelektrikşəbəkə” ASC abonentlər növbəti dəfə müraciət edib. ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, ASC abonentdən elektrik enerjisinə görə yaranmış borclarını oktyabrın 28-i saat 15:00-a qədər tam şəkildə ödənilməsini xahiş edir.
Əks halda borclu abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ASC-nin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.



Bu yazı ( 393 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar