12px14px16px18px

İran terrora qarşı daha ciddi tədbirlərə əl atır

11:26 / 26.10.2009    


   İranın xarici işlər naziri Manuçöhr Möttəki 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarının nümayəndələri üçün mətbuat konfransı keçirib. APA-nın Tehranda olan əməkdaşının verdiyi məlumata görə, M. Möttəki bildirib ki, bölgədə baş verən terror hadisələri İranı narahat edir. O, terror hadisələrinin qarşısının alınması üçün region ölkələrinin birgə mübarizə aparmasının zəruriliyini vurğulayıb. Nazir deyib ki, ötən həftə İranda yüksək rütbəli zabitlərin həlak olması ilə nəticələnən terror olayı dövləti daha ciddi tədbirlər görməyə sövq edir.

Nazir İranın xarici ölkələrlə əlaqələrinə də toxunub və tərəfdaş dövlətlərlə münasibətlərin daha da inkişaf etdiriləcəyini vurğulayıb.



Bu yazı ( 333 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar