12px14px16px18px

Hadi Rəcəbli: “Son vaxtlar artmaqda olan intihar halların bir sıra səbəbləri ola bilər və var”

00:58 / 26.04.2012
“Televiziyalarda efirə gedən , nümayiş olunan verilişlər, həmçinin, kompüterdə, internetdə olan məsələlər və sair, bunlar hamısı insanlara, onların psixikasına güclü, ciddi təsir edir. Bunlar da nəticə etibarı ilə insanlar arasında intiharların baş verməsinə və intihar hallarının sayının artmasına gətirib çıxarır”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədrinin dediyinə görə, burada düşündürücü və narahatedici məqamlardan biri də odur ki, intihara qalxanların içərisində yetkin , ağıllı adamlar daha çoxdur:
“ Bunun da səbəbi yenə internetin, kino-filmlərin , həddindən artıq emosionallığın üzərinə gəlib çıxır. İntiharların başqa səbəbləri də var. Bu, evdə uşaqların sayının az olmasıdır, bu uşaqların ərköyün böyüməsidir, bu emosional məqamların güclənməsidir bu valideynlərin uşaqlara az vaxt sərf etməsidir”.
H.Rəcəbli deyib ki, uşağının qayğıları ilə yaşayan valideynlər, ancaq uşaqların emosional hisləri ilə yaşamır: “ Valideynlər daim onları nəzarətdə saxlamalıdır. Bugünlərdə qəzetlərin birində oxudum ki, bacısının xəbəri varmış qardaşı bir qız sevir, onların arasında nəsə münasibətlər var. Valideynlərdən də biri bilməliymiş onu. Oğlan da çox ziyalı, mədəni bir oğlan imiş. Ancaq o, intihara əl atır. Bu, əlbəttə, çox narahatedici bir məsələdir. Cəmiyyəti düşündürən məsələlərdən biri də elə budur”.
İntiharların çoxalmasının kökündə sosial problemlərin daha çox dayanması ilə bağlı versiyalara gəlincə, komitə sədri bunu istisna etmədiyini, ancaq bu məsələnin üzərində geniş dayanmaq istəmədiyini də qeyd edib:
“ Bayaq yuxarıda adını cəkdiyim şəxs də kasıb adam deyilmiş, imkanlı, işi, hər şeyi olan adam imiş. Deməli, kasıblıq əsas səbəb deyil. Hər dəfə bundan qaçmaq lazımdır. Mən özüm elə kasıblıqla böyümüşəm , bilirsən necə kasıblıq görmüşəm? Deyirlər, kasıblıq ailə dağıdır. Yalan söhbətdir. Mənə varlı qızı ərə gəlib və mən kasıb oğlan onunla yaşayıb, varlı olmuşam. Yəni, sözüm nədir? Dözüm olub. Onun dözümü hardasa mənə dəstək olub . Deməli, pul əsas deyil ”.
KAMİL



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar