12px14px16px18px

Tələt Paşa Komitəsinin üzvləri Parisdə “erməni soyqırımı beynəlxalq yalandır” deyəcək

00:48 / 26.04.2012
“Erməni soyqırımı” böhtanlarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsi Fransa Senatının qəbul etdiyi qanuna etiraz məqsədilə Parisdə “erməni soyqırımı beynəlxalq yalandır” – deməyə hazırlaşır. Bu barədə APA-ya komitənin sözçüsü Cüneyt Akalın məlumat verib.
C. Akalın yanvarın 21-də Parisdə 40 min nəfərlik mitinq keçirdiklərini xatırladıb: “Bu, indiyə qədər Avropada keçirdiyimiz ən böyük mitinqlərdən biri idi. Yanvarın 23-də Fransa Senatının qarşısında keçirdiyimiz aksiya o qədər geniş tərkibli olmasa da, gələcək aksiyalarımız üçün önəmli bir məşq idi. 28-29 yanvarda keçirməyi planlaşdırdığımız aksiyanın tarixini dəyişdirdik. Çünki Fransa Senatının qərarından sonra daha fərqli məzmunda aksiya keçirəcəyik. Fevralın axırı, martın əvvəlində keçirəcəyimiz aksiyanı Avropadakı üzvlərimiz təşkil edəcək, biz geniş heyətlə orada iştirak edəcəyik. Fransa vətəndaşı olan dostlarımız Senatın qərarının ləğvi üçün məhkəməyə müraciət edəcək. Növbəti aksiyamızda Türkiyənin tanınmış adamları iştirak edib eynilə Lozannada olduğu kimi, Parisdə də “erməni soyqırımı beynəlxalq yalandır” – deyəcəklər. O sözlərə görə Fransa məhkəmələri cinayət işi qaldırarsa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Mübarizənin ən təsirli yolu indiki vəziyyətdə bundan ibarətdir”.
Qeyd edək ki, 2006-cı ilin yanvarında qurulan Tələt Paşa Komitəsi “erməni soyqırımı” böhtanlarına qarşı Avropada mübarizə aparan ən güclü türk qeyri-hökumət təşkilatıdır.




Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar