12px14px16px18px

Fəzail Ağamalı: “Açıq-saçıq, mentalitetimizə uyğun olmayan verilişlərdən imtina edilsin”

00:39 / 26.04.2012
“Televiziyalar insan həyatına, insanın dünyagörüşünün formalaşmasına son dərəcə mühüm təsir göstərən vasitədir”. Bunu mətbuata açıqlamasında millət vəkili Fəzail Ağamalı ölkə prezidentinin Nazirlər Kabinetinin müşavirəsində televiziyalarla bağlı fikirlərinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, bu gün televizor hər bir ailədə var və bu baxımdan, istədin-istəmədin televizor, orada gedən verilişlər insanın dünyagörüşünə, səhhətinə, baxışlar sisteminə bu və ya digər dərəcədə təsir edir, iz buraxır.
F.Ağamalı eyni zamanda xatırladıb ki, Azərbaycan televiziyasının, müstəqil televiziyaların yaranma və inkişaf tarixi o qədər də qədim deyil: “ Nəzərə alsaq ki, bunun haradasa – ANS-dən götürsək – 20 ilə yaxın zamanı var və onun da 5 il, 10 ili təşkilati və texniki məsələlərinə sərf olunub. Yəni, 10 ilə yaxındır ki, artıq Azərbaycanda müstəqil televiziyalar formalaşma prosesini keçirlər, o zaman həqiqət naminə etiraf etmək lazımdır ki, bizim teleşirkətlərimiz bu dövr ərzində müəyyən uğurlara imza atıblar. Lakin bununla bərabər, ayrı-ayrı televiziyalarda gedən verilişlər, orada nümayiş etdirilən seriallar, müxtəlif xarakterli şoular, insanların diqqətini cəlb edən verilişlərin içərisində qadınlarımızın, belə deyək, mətbəx mədəniyyətini gücləndirə , əslində ona xidmət edə biləcək yeməklərin, qida məhsullarının hazırlanması və sair bu çür verilişlərin aparılmasında, verilişlərin efirə buraxılmasında nöqsanların olması, heç şübhəsiz, ölkə prezidentinin də diqqətini özünə cəlb edib. Və görün indi vəziyyət hansı səviyyədədir ki, ölkə prezidenti hətta, bu məsələyə də birbaşa müdaxilə etmək məcburiyyətində qalıb”. Millət vəkili bu baxımdan hesab edir ki, televiziyalar ölkə prezidentinin məlum fikirlərindən, kifayət qədər ciddi xarakter daşıyan rəyindən nəticə çıxarmalıdırlar, bütün səviyyələrdə öz verilişlərini təkmilləşdirməyə çalışmalıdırlar: “Onlar çalışmalıdırlar ki, teleşirkətlərdə hazırlanmış olan bütün proqramlar, efirə buraxılan bütün proqramlar insanlarımızın dünya görüşünün formalaşmasına çox müsbət təsir göstərsin, burada milli-mənəvi dəyərlərimiz önə çəkilsin, vətənpərvərlik tərbiyəsi hər şeydən qabaqda olsun və bütün bunların əksi olan verilişlərdən , açıq-saçıq, mentalitetimizə uyğun olmayan verilişlərdən imtina edilsin. Bu, son dərəcə vacibdir və düşünürəm ki, ölkə prezidentinin bu bəyanatından sonra müstəqil Tele-Radio Yayım Şurası da məsələyə özünün ciddi münasibətini bildirəcək. Və hər bir teleşirkət və onun rəhbərliyi də ölkə prezidentinin yetərincə ciddi olan bu rəyindən, fikrindən özü üçün nəticələr çıxaracaq və mövcud nöqsanları aradan qaldıra biləcək”.
KAMİL




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar