12px14px16px18px

Sahibə Qafarova: Qanlı qırğınların, minlərlə, on minlərlə günahsız insanların qətlə yetirilməsinin heç bir məntiqli izahı ola bilməz

00:39 / 26.04.2012
Qadınların hüquqlarının təmin olunması, bu sahədə qarşıya çıxan problemlərə qarşı birgə mübarizənin gücləndirilməsi demokratik cəmiyyətlərdə prioritet məsələlərdən biridir.
Bu gün burada bununla bağlı, diskussiyaların aparılması da Avropa Şurasının bu məsələdə ortaya qoyduğu haqlı iradənin nümunəsi hesab oluna bilər”.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində “Avropa Şurasının Cənub qonşuluğunda gender bərabərliyi və qadınların statusu” mövzusunda keçirilən iclasdakı çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.
Amma millət vəkili düşünür ki, müzakirə olunan məsələ ilə bağlı obyektiv qənaətə gəlmək üçün hadisələri düzgün dəyərləndirmək lazımdır.
İclasda Avropa Demokratlar Qrupu adından çıxış edən millət vəkili xüsusilə vurğulayıb ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində insanların siyasi və iqtisadi məsələlərdən doğan narazılığı və etiraz dalğaları daha sonra yerini kütləvi iğtişaşlara və vətəndaş müharibəsinə verib:
“Təbii ki, məqsədin nə olmasından asılı olmayaraq, kənar müdaxilələr də bu prosesin daha təhlükəli nəticələrə gəlib çıxmasına şərait yaradıb. Qanlı qırğınların, minlərlə, on minlərlə günahsız insanların qətlə yetirilməsinin heç bir məntiqli izahı ola bilməz. Çox təəssüf ki, bu gün də qeyd olunan bölgədə oxşar hadisələr yaşanmaqda davam edir. Belə bir şəraitdə, insan hüquqlarının, gender bərabərliyinin, təmin olunması daha da mürəkkəb, hətta deyərdim, müşkül bir məsələyə çevrilir”.
Münaqişə şəraitində yaşayıb, insan hüquqlarının, gender bərabərliyinin təmin olunmasının mürəkkəb bir iş olduğunu söyləyən S. Qafarova deyib ki, istənilən halda, problemlərin həllinə nail olmaq üçün sabitliyin yaranması birinci məsələdir.
Münaqişənin davam etdiyi bir vaxtda insan hüquqlarının ali dəyər və normalara uyğun olaraq müdafiəsinin təmin olunmasını gözləmək sadəlövhlük olardı.
“Eyni zamanda, bunu onların daxili işi hesab edib, hadisələrə göz yummaq da doğru bir davranış olmazdı. Hamılıqla orada əziyyət çəkən, hər gün hüquqları tapdanan insanlara, o cümlədən qadınlara, yardımçı olmalıyıq. Bunu edərkən də, başqa maraqlarımızı bir kənara qoyub, səmimi, xoş niyyət göstərməliyik, maksimum ehtiyatlı olmalıyıq ki, o insanlar üçün yeni problemlər yaratmayaq”-deyə, S.Qafarova qeyd edib.
s



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar