12px14px16px18px

Elmira Süleymanova məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün daxili işlər naziri və baş prokurora müraciət edib

01:01 / 24.04.2012
Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova aprelin 18-də Binəqədi rayonun Sulutəpə qəsəbəsindəki 4-cü mədən ərazisində qanunsuz tikililərin sökülməsi zamanı zorakılığa məruz qalan və hazırda Bakı şəhəri Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş “Ayna” – “Zekalo” qəzetlərinin əməkdaşı İdrak Abbasovla görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərkəzin baş həkiminin cərrahiyyə işləri üzrə müavini xəstəyə zəruri tibbi yardımın göstərildiyini və səhhətinin yaxşılaşdığını bildirib.
İ. Abbasovla görüş zamanı E. Süleymanova baş vermiş hadisə ilə bağlı araşdırma apardığını və onun səhhəti ilə maraqlandığını deyib. İ. Abbasov baş vermiş hadisə barədə E. Süleymanovaya məlumat verib, çəkiliş apardığı zaman Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları tərəfindən əynində jurnalist gödəkcəsinin olmasına baxmayaraq döyüldüyün, təhqir olunduğunu, polis əməkdaşlarının isə bu hadisə zamanı hər hansı bir zorakılığa yol vermədiklərini, əksinə bunun qarşısını almağa çalışdıqlarını deyib.
İ. Abbasov xəstəxanadakı vəziyyətdən və ona qarşı olan münasibətdən razı olduğunu bildirib.
E. Süleymanova mərkəzin baş həkimi Tərlan Bəbirova müraciət edərək, İ. Abbasovun səhhətini xüsusi nəzarətdə saxlamağı tapşırıb. Ombudsman bildirib ki, Sulutəpə qəsabəsində baş vermiş hadisə diqqət mərkəzindədir və hazırda araşdırılır.
Ombudsman E. Süleymanova məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün daxili işlər naziri və baş prokurora müraciət edib.




Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar