12px14px16px18px

Vladimir Yevseyev: “Fars körfəzi ölkələri dəstək verməsə İrana qarşı hərbi əməliyyatlara başlaması çətin olacaq”

07:27 / 21.04.2012
“Hazırda İrana hərbi müdaxilə edilməsi ehtimalı yox, bu ölkəyə İsrail tərəfindən raket-bomba zərbələrinin endirilməsinin mümkünlüyü aktualdır. Bu ehtimal Tehran tərəfindən nüvə və ya raket hədələrinin edilməməsi nöqteyi-nəzərdən daha az ehtimal olunandır”.
Bu barədə Rusiyanın İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev mətbuata müsahibəsində bildirib.
O deyib ki, Tel-Əvivdə belə bir qərara başqa səbəblərdən də gələ bilərlər: “Lakin İsrail nəzərə alır ki, İranın Yaxın Şərqdəki həqiqi mövqeləri zəifləməkdədir. Bunu İRİ-nin Fələstinin “HƏMAS” hərəkatından daha zəif “İslam cihadı” hərəkatına yönəlməsi, həmçinin vətəndaş müharibəsi ərəfəsində olan Suriyanın ərazisindən Livanın “Hizbullah” qruplaşması üçün silah, döyüş sursatı və digər lazımi malların tədarük edilməsində çətinliklərin yaranması da sübut edir.
Əgər İsrail bir neçə raket-bomba zərbəsinin endirilməsinə qərar verərsə (bir zərbə güman ki, kifayət etməyəcək), ABŞ-ın mövqeyinə münasibətdə qeyri-müəyyənlik yaranacaq”.
Ekspert deyib ki, ABŞ xoşagəlməz hərbi-siyasi şəraitdə ya öz müttəfiqini dəstəkləyəcək, bu da regional miqyasda müharibənin başlanmasını mütləq edəcək, bu isə Fars körfəzi sahilinin İran hissəsinin ələ keçirilməsi ilə bağlı quru əməliyyatlarının da keçirilməsini labüd edəcək (əks halda, orada quru qoşunlarının hərəkətinin təmin edilməsi mümkün olmayacaq), ya da hərbi ziddiyyətlərdən yayınacaq. Sonuncu ehtimal çox güman ki, İRİ-də nüvə silahının yaradılmasının gerçəkləşməsinə gətirib çıxaracaq.
Onun fikrincə, ictimai rəyin lazımi şəkildə hazırlanması tədbirləri görülmədən və Fars körfəzi ölkələri tərəfindən həqiqi dəstəyin əldə edilməsinə nail olunmadan İrana qarşı ABŞ-ın rəhbərliyi altında Qərb ölkələrinin birgə hərbi əməliyyatlarını başlatmaq kifayət qədər çətin olacaq.
Ekspert hesab edir ki, Rusiyanın siyasi rəhbərliyini onun öz sərhədlərində çoxlu sayda qaçqınların peyda olması ehtimalı narahat edir, əgər İranda nüvə problemi güc yolu ilə həll olunarsa, bu hal istisna olunmayacaq. İRİ-nin nisbətən yaxın ərazilərində çoxlu sayda etnik azərbaycanlıların yaşamasını nəzərə alsaq, onların kütləvi halda qaçqın axınına çevrilməsi məsələsi olduqca realdır.
“Azərbaycan Respublikası üçün 800 min – 1 milyon İran qaçqın axınının olması böhran xarakteri daşıyır, bu da həmin insanların Dağıstana keçib getməsi ilə nəticələnə bilər. Dağıstanda isə hal-hazırda vəziyyət kifayət qədər mürəkkəbdir. Moskvada İranın nüvə problemi ətrafında danışıqlar apararkən qaçqınlar səbəbindən belə bir böhranlı vəziyyətin yaranacağını nəzərə alırlar. Lakin nəzərə alınmaqda olan digər amillər də mövcuddur”,-Yevseyev əlavə edib. Onun sözlərinə görə, Rusiyanı xüsusilə də, öz sərhədləri yaxınlığında raket-nüvə potensialına malik yeni dövlətin ortaya çıxması, Hörmüz boğazının minalanması və ABŞ tərəfindən İrana çoxsaylı raket-bomba zərbələri endiriləcəyi təqdirdə, Əfqanıstanda sabitliyin pozulması ehtimalları narahat edir.
Ekspert deyib ki, hazırkı İran-Azərbaycan münasibətlərinin çətinliklərini nəzərə alaraq, Təl-Əvivin texniki kəşfiyyat vasitələrinin köməyi ilə İran haqqında məlumat toplamaq üçün Azərbaycan ərazisindən istifadə etmək cəhdləri göstərdiyini heç kəs istisna edə bilməz: “Azərbaycanın aerodromlarından İrana zərbələrin endirilməsi ehtimalını çox aşağı qiymətləndirirəm. Lakin bəzi köməkliklər göstərilə bilər. Məsələn, Bakı üçün İrana raket-bomba zərbələrinin endirilməsində iştirak edən İsrail təyyarələrinin məcburi enişinə qadağa qoymaq çox çətin olacaq. Türkiyədə Amerikanın İranın ballistik raketlərinin buraxılması və uçuş istiqamətinin izlənməsi üçün nəzərdə tutulmuş AN/TPY-2 (1,9 min. km.-dək məsafədə hədəfi aşkar edir) qabaqcıl based mobil radarının (FBX-T) yerləşdirilməsindən sonra buna tələbat tamamilə qüvvədən düşdü. Analoji RLS 2008-ci ilin sentyabrında Neqev səhrasında İsrail Hərbi Hava Qüvvələrinin “Nevatim” bazasında yerləşdirilib. Kosmik müşahidə vasitələrinə əlavə olaraq iki istiqamətdən də müşahidə ABŞ-a İran raketlərinin startını vaxtında aşkar etmək imkanı verir. Hazırda Qəbələ RLS-dən məlumat əldə etmək məsələsi amerikalılar üçün öz aktuallığını itirib”.
PƏrvanƏ



Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar