12px14px16px18px

Əli Əhmədov: “Azərbaycan Avropa ilə əməkdaşlıqda özünü tanıda bilib”

10:31 / 20.04.2012
“Azərbaycan Avropa qurumları ilə bir sıra böyük layihələr həyata keçirir”.Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini şərh edərkən dilə gətirib. “Azərbaycan Avropa qurumları ilə bir sıra böyük layihələr həyata keçirir. Ümumiyyətlə, Azərbaycan Avropa qurumları, Avropa strukturları, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də Avropa qurumları ilə əməkdaşlığa üstünlük verir. Hesab edirəm ki, bu əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyəti var və bu baxımdan bu əməkdaşlığın daha da güclənməsi lazımdır. Bu, həm Azərbaycanla münasibətlərin inkişafı baxımından, həm də bu qurumun Cənubi Qafqaza yönəlik siyasəti baxımından çox əhəmiyyətlidir” – deyə, Ə.Əhmədov bildirib. Millət vəkili hesab edir ki, Azərbaycan bu illər ərzində etibarlı tərəfdaş kimi Avropa strukturlarında və Avropa ilə əməkdaşlıqda özünü tanıda bilib. “Bu baxımdan, imzalanan sənəd bu münasibətlərin gələcək inkişafına, Azərbaycanın Avropa mərkəzlərinə inteqrasiyasına böyük töhfələr verəcək” – deyə, icra katibi qeyd edib. KAMİL  


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar