12px14px16px18px

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ilə əlaqədar dinləmələr keçirilib

01:59 / 19.04.2012 Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ilə əlaqədar dinləmələr keçirilib. Tədbirdə Milli Məclisin, Ekologiya və təbii sərvətlər, maliyyə nazirliklərinin, BMT-nin İnkişaf Proqramının və ATƏT-in Bakı ofisinin, qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər. Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib ki, dinləmələrin təşkilinin əsas məqsədi ekoloji problemlərin həlli, xüsusən də ətraf mühitə təsir ilə bağlı mütəxəssislərin rəy və təklifləri əsasında adı çəkilən qanun layihəsini daha da təkmilləşdirməkdir. Onun dediyinə görə, tədbirdə səslənən fikirlər qanun layihəsi ilə bağlı yaradılmış işçi qrup tərəfindən bir daha nəzərdən keçiriləcək, uyğun gələn təkliflər layihədə əksini tapacaq.
BMT-nin İnkişaf Proqramının rəhbəri Fikret Akçura belə bir qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək deyib ki, bu sənədi qəbul etməklə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Asiya regionunda birinci olacaq. Sonra layihə ilə bağlı çıxışlar olub, Azərbaycan hökumətinin ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər, yaradılmış qanunvericilik bazası barədə məruzələr dinlənilib.
KAMİL



Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar