12px14px16px18px

Elmira Axundova: “Əməyə cəlb olunmada qəbahətli nə var ki?”

14:37 / 18.04.2012
 “Uşaqların, xüsusilə, 15-16 yaşlı yeniyetmələrin yüngül əməyə cəlb olunması olduqca vacibdir ”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, son illərin böyükməkdə və yetişməkdə olan nəsli əvvəlki dövrdəkilərdən fərqli olaraq, bir qədər ərköyün və zəhmətdən uzaq mühitdə böyüyürlər: “ İndiki dövrün uşaqları zəhmətlə böyüməyi, zəhmətə qatlanmağı istəmirlər. Bu məsələdə cəmiyyətin və biz valideynlərin də günahı az deyil. Məhz biz onların bu qədər ərköyün böyüməsinə səbəb olmuşuq. Bu, düzgün deyil. Biz uşaqlarımızı zəhmətə, əməyə alışmağı öyrətməliyik ”. E. Axundovanın eyni zamanda bildirdiyinə görə, bəzən belə fikirlər səslənir ki, uşaqların məcburi əməyə cəlb olunması düzgün deyil: “Şəxsən mən bu fikirləri qətiyyən bölüşmürəm. Burada axı, qəbahətli nə var ki? Düzdür, mən də istəmirəm ki, uşaqlar məcburi şəkildə əməyə cəlb olunsunlar, amma bununla belə, hesab edirəm ki, uşaqların, 15-16 yaşlı yeniyetmələrin, orta məktəbyaşlıların bir növ yüngül, çətin olmayan əməyə cəlb olunması lazımdır və vacibdir. İndi həyat, yaşam tərzi tamam dəyişib. Sovet dövründə yaşamırıq, bazar iqtisadiyyatı dövründə yaşayırıq və hər kəs artıq birdəfəlik bunun fərqində olmalı,yəni, öz gələcəyini indidən qurmağı düşünməlidir”. KAMİL


Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar