12px14px16px18px

Fərəc Quliyev: “Azərbaycanın xarici siyasətində əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır”

14:33 / 18.04.2012  
“Azərbaycanın xarici siyasətində əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir”. Bu açıqlama ilə millət vəkili Fərəc Quliyev çıxış edib. O bildirib ki, Azərbaycan 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib: “Biz NATO-nun fəaliyyətində vəziyyətə uyğun olaraq müəyyən transformasiya siyasətinin zamaz-zaman şahidi olmuşuq. Misal üçün, 1952-ci ildə Lissabon sammitində qəbul edilən “Məhdud Müharibə Strategiyası” və ya 1954-cü ildə qəbul edilən “Kütləvi Zərbə Strategiyası”, eləcə də 1967-ci ildən etibarən tətbiq olunan “Elastiki Zərbə Strategiyası” kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir. Ancaq qeyd edək ki, verilən nümunlərdən də görüldüyü kimi “soyuq müharibə” dövründə strateji sənədlərin qəbulu və icra edilməsi daha çox təşkilatın texniki-hərbi fəaliyyətlərinə işarə edirdi”. Millət vəkili deyib ki, soyuq müharibənin başa çatmasından sonra Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən transformasiya meyilləri müşahidə edilməyə başladı: “Bu gün transmilli təhdid olan Qarabag münaqişəsi və ya Rusiyanın gec partlayan mina effektli postsovet məkanındakı yaratdığı süni münaqişələr nəzərə alınaraq, Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən yeni transformasiya siyasəti müəyyənləşdirməlidir. Qarabağ problemi Avrasiya boğazına tıxacdır.Yeni dünya düzəninə mane olan şər qüvvələrin yaratdığı bu süni maneə aradan qaldırılmalıdır. Qərbə inteqrasiyanı prioritet götürən ölkələrin, bir vaxt mövcud olmuş SENTO tipli kiçik platsdarmda toplayaraq, tam olaraq vaxt itirmədən NATO-ya inteqrasiyasını gerçəkləşdirmək belə siyasi-konseptual bazada transformasiya modeli ola bilər. Mənim təklifimin fəlsəfəsi qərb dəyərlərinə hörmət edən, gözləntidə olan regionun tezliklə NATO-ya inteqrasiyasını gerçəkləşdirmək,ən müxtəlif risklərdən sığortalamaqdır”. F.Quliyev deyib ki, NATO BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. “Ümumiyyətlə, bu təşkilatın fəlsəfəsi bəşəriyyətin təhlükəsizliyinə töhfə vermək, regional və qlobal təhdidləri aradan qaldırmaqdır. Biz də ölkə olaraq xoşbəxtliyimizi bəşəriyyətin xoşbəxtliyi içərisində axtarirıq və hesab edirik ki, bölgədə, dünyanın hər hansı bir yerində olan münaqişələr hamını təhdid edir və aradan qaldırılmalıdır”. PƏrvanƏ


Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar