12px14px16px18px

Elmira Axundova: “Bu bölgələrdə 9-11-ci siniflərdə oxuyan qızlara nadir hallarda rast gəlmək mümkündür”

00:21 / 17.04.2012
“Təmsilçisi olduğum Masallı bölgəsində, o cümlədən, ölkənin Cənub və Şimal bölgələrində 14-15-16 yaşlı qızların məcburi şəkildə erkən nikahlara cəlb olunması halları ilbəil artmaqdadır ”. Bunu Masallı rayonundan millət vəkili olan Elmira Axundova dilə gətirib. Millət vəkilinin dediyinə görə, qızlar arasında erkən nikahlara cəlb olunma halları Bakı kəndləri üçün də xarakterik haldır:
“ Ümumiyyətlə, ölkənin hər yerində bu kimi çox ciddi narahatçılıq doğuran hallar var, amma bu hallar daha çox Bakı kəndlərində, ölkənin Cənub və Quba-Qusar-Xaçmaz bölgələrində özünü göstərməkdədir. Demək olar ki, bu bölgələrdə 9-11-ci siniflərdə oxuyan qızlara nadir hallarda rast gəlmək mümkündür. Onların hamısı valideynləri, yaxınları tərəfindən təhsildən yayındırılaraq, uzaqlaşdırılaraq erkən nikahlara cəlb olunublar və ya buna məcbur ediliblər. Hətta, Xaçmazdan olan bir nəfər eks millət vəkili mənə bu günlərdə bu məsələ ilə bağlı həmin rayonda olan dəhşətli statistikanı açıqladı. Onun bildirdiyinə görə, bu gün həmin bölgədə bir nəfər olsun belə, 15-16 yaşlarında ərə getməyən qız uşağı qalmayıb. Bu, çox acınacaqlı və təhlükəli bir göstəricidir. Odur ki, cəmiyyətimiz belə hallara qarşı öz səsini ucaltmalı, qızların təhsildən yayındırılaraq erkən nikahlara cəlb edilməsinə etirazını, dirənişini ortaya qoymalıdır”.
KAMİL





Bu yazı ( 146 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar