12px14px16px18px

Sevinc Fətəliyeva: “Valideynlər bəzən karyera naminə uşaqlarını unudurlar”

00:07 / 17.04.2012
“Qloballaşan dünyada həyat ritmi artıq tamam dəyişib.Biz artıq valideynlərimizin həyatını yaşamırıq, biz daha intensiv həyat tərzi yaşamaq və onu reallaşdırmaq istəyirik ”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mətbuata açıqlamasında dilə gətirib. Onun dediyinə görə, müasir həyat müəyyən stereotiplərdən ibarətdir və əksəriyyət də çalışır ki, bu stereotiplərə uyğun addımlasın.
Millət vəkili onu da qeyd edib ki, valideynlər karyera inkişafını , maddi qazancı önə çəkərək, bəzən uşaqlardan uzaqlaşır və onların necə, nə ilə yaşadıqlarından xəbərsiz qalırlar: “ Valideynləri də başa düşmək olar. Amma problemləri də həll etmək lazımdır. Uşaqlar bizim gələcəyimizdir. Və bu gün onların hansı mühitdə yaşadıqları, nə ilə maraqlandıqları, nə barədə düşündükləri biz böyüklərdən çox asılıdır. Hətta, bəzən biz uşaqlarımızı evdə tək qoyub, düşünürük ki, onlar tam təhlükəsizdir. Amma müasir texnologiyalar, məhz internet uşaq psixikasına zərbə kimi çıxış edə bilər.
Odur ki, biz heç nədən çəkinmədən uşaqlarımızla danışmalıyıq. Uşaqlarımızın kiminlə dostluq etdiklərini, hara getdiklərini bilməliyik. Həmçinin, uşaqlar da öz növbəsində valideynlərindən heç nəyi gizlətməməyi unutmamalıdırlar ”.
KAMİL




Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar