12px14px16px18px

Avropa Şurasında Azərbaycanla bağlı məsələ gələn il müzakirə oluna bilər

HƏMMƏRUZƏÇİLƏR İYUNDA ÖLKƏMİZƏ GƏLİB HESABAT HAZIRLAYACAQLAR

00:11 / 14.04.2012

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə müzakirələrin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) böyük ehtimalla 2013-cü ilin yanvar ayında keçirilməsi gözlənilir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidovun sözlərinə görə, bunun üçün məruzəçilər Azərbaycana gələcək və müvafiq məruzəni hazırlayacaqlar. Məruzəçilərin səfəri iyun ayına planlaşdırılır.
“Biz üzərimizə götürdüyümüz öhdəliklərin hamısını yerinə yetirmişik. İki öhdəlik qalır. Birincisi alternativ xidmətlə bağlıdır. İkincisi isə Dağlıq Qarabağ məsələsidir. Bunlar bir biri ilə bağlı məsələdir. Gərək müharibə bitsin ki, alternativ xidmət məsələsi gündəmə gəlsin. Dağlıq Qarabağ isə tək Azərbaycanın deyil, eyni zamanda Ermənistanın öhdəliyidir. Ermənistan isə Dağlıq Qarabağ məsələsinin həllinə qəsdən məhəl qoymur”, – deyə S. Seyidov vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, hər iki məsələ həll olunduqdan sonra monitorinq səviyyəsi bitərək posmonitorinq səviyyəsinə keçiləcək.

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu
Ermənistan Ordusunun bölmələri aprelin 12-də saat 11.40-dan 12.00-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12.00-dan 12.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.




Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar