12px14px16px18px

Rəsmi Bakı vətəndaşları Cənubi Osetiya və Abxaziyaya getməməyə çağırdı

00:10 / 14.04.2012
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə səfərlərlə bağlı xəbərdarlıq edib. XİN-in mətbuat xidmətindən “Trend”ə bildiriblər ki, Azərbaycan XİN ölkə vətəndaşlarını Gürcüstanın hökumət tərəfindən nəzarət edilməyən ərazilərinə bu ölkənin müvafiq dövlət orqanlarının icazəsi olmadan səfər etməkdən çəkinməyə çağırır.
Gürcüstan qanunvericiliyinə əsasən, belə səfərlər qeyri-qanuni hesab edilir və səfər etmiş şəxslər müvafiq olaraq cəzalandırılır.
Bunları nəzərə alaraq, Gürcüstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məqamı nəzərə alsınlar.



Bu yazı ( 184 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar