12px14px16px18px

Azad İsazadə: “Azərbaycan Qəbələ RLS-ə görə tələblərində haqlıdır”

00:06 / 14.04.2012

“Sovet İttifaqı dönəmində yeganə RƏM olan zaman Ermənistan ərazisində elə məntəqələr var idi ki, onlar özlərini havadan müdafiə edə bilmirdilər və Azərbaycan ərazisindəki RƏM onları qoruyurdu. İndi onlar bu problemi necə həll etdilər mən bilmirəm. Çox güman ki, olduqca kiçik RLS-lər yaradıblar”. Bu fikirləri hərbi ekspert Azad İsazadə Moskva və Bakının Qəbələ RLS-lə bağlı razılıq əldə edə bilməyəcəkləri halda Ermənistanın Rusiya RLS-ni öz ərazisində tikilməsinə icazə olmasına dair mətbuatda yer alan fikirləri şərh edərkən deyib.
Bunu yaxşı fikir sayan ekspert deyib ki, nəhayət ki, zərərli və bizə lazım olmayan RLS-ə sahib çıxmaq istəyən kimsə tapıldı: “Qonşularımız sağ olsunlar, qoy həmin RLS-ə ekoloji və hərbi-siyasi zərərləri ilə birgə sahib olsunlar. Biz ancaq şad olarıq”.
O hesab edir ki, Qəbələ tipli RLS-in yüksəkdə və açıqlıqda yerləşməsi yaxşı olardı: “Üstəgəl müvafiq iqlim şəraiti, yəni duman az olmalı və. s. Yeri gəlmişkən, bu planda Qəbələ də çox əlverişli deyil, çünki o, ilin altı ayının yağışlı, dumanlı, buludlu hava şəraitinin müşahidə olunduğu ərazidə yerləşir və ruslar elektromaqnit dalğalarının gücünü artırmaq məcburiyyətində qalırlar. Bu səbəbdən ətraf mühitə daha çox ziyan dəyir”.
O deyib ki, əgər məsələyə sırf hərbi-texniki aspektdən yanaşsaq, hesab edirəm ki, əgər bu fikir hər hansı perspektivə malik olsaydı, onlar onu dərhal həyata keçirərdilər: “Sovet vaxtı ümumiyyətlə, heç nəyə diqqət yetirmirdilər. Qəbələ kimi təbii mənzərəli yerdə stansiya qurdular, nə təbii şəraitə, nə də həmin yerlərin cəmiyyətinin patriarxallığına, nə də digər məsələlərə fikir vermədilər. Stansiyanı qurdular, vəssalam. Əgər sovet hökuməti Ermənistan ərazisində daha sanballı yer tapmış olsaydı, onu elə oradaca quraşdırardı.
İndi Rusiyadakı texnologiyalar “Voronej” tipli yeni modul stansiyasının quraşdırılması planlarını həyata keçirməyə imkan verir. Əgər onlar Ermənistanda bunun üçün əlverişli ərazi tapsalar, çox yaxşı olar”.
Ekspert deyib ki, Azərbaycanın bu stansiyanın icarəsinə görə ildə 300 milyon dollar tələb etmələrinə dair xəbər onu bir qədər təəccübləndirib: “Düşünürdüm ki, Azərbaycan əməli olaraq əlverişsiz şərtlərlə müqaviləni imzalamağa hazırdır.Görünür, vəziyyət necəsə dəyişib. Düşünürəm ki, Azərbaycan düzgün addım atdı. O qiyməti o qədər qaldırdı ki, Rusiyanın başqa bir variantı qalmadı – ya bu məbləğə razı olacaq, ya da stansiyanın yerini dəyişəcək. Rusiyanın hətta bu məbləğlə də razılaşa biləcəyini istisna etmirəm. Üstəgəl, əgər hər iki tərəfdən hər hansı bir yeni tələb ortaya çıxarsa da təəccüblənmərəm.
Unutmayaq ki, Moskva ilə Bakı arasında söhbət təkcə stansiyanın istifadə müddətinin uzadılmasından deyil, həmçinin hazırda qaynayan bütün Yaxın Şərqin hava və suüstü məkanını nəzarətdə saxlamaqdan gedir. Eyni zamanda İran və Türkiyə də daxil olmaqla. Və Azərbaycan prinsip etibarı ilə öz müttəfiqlərinə arxalanaraq, başa düşür ki, Qəbələ RLS-ni icarəyə verməklə müttəfiqlərinə ziyan gətirmiş olacaq”.
PƏRVANƏ



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar