12px14px16px18px

“Dünya bu saxtakarlığa göz yummamalıdır”

“ERMƏNİSTAN HAKİMİYYƏTİ SEÇKİNİ SAXTALAŞDIRMAQ MƏQSƏDİLƏ BÜTÜN YOLLARA ƏL ATIR”

00:05 / 14.04.2012


Ermənistanda keçiriləcək parlament seçkiləri ciddi müzakirə predmetinə çevirilib. Ermənistan hakim partiyasının həyata keçirdiyi tədbirlərə diqqətə çəkən siyasilər bu sekilərin qeyri-demokratik keçiriləcəyini bəyan edirlər. Siyasətçilər bu seçkilərin daha öncəki seçkilərdən qat-qat pis keçiriləcəyini, qanun pozğuntuluğu ilə yadda qalacağını bildirirlər. Ermənistanın Sosial Demokrat Partiyasının üzvü Gürgen Yeghiazaryanın sözlərinə görə, bu seçkilərdəki fırıldaqçılıq, qeyri-şəffaflıq 4-5 il əvvəl baş tutan seçkilərdən on dəfə çox olacaq. O, seçkilərin demokratik dəyərlərə zidd keçiriləcəyinə inandığını deyib. Onun dedyinə görə, Ermənistan hakimiyyəti seçicilərin sayın həddindən artıq şişirdir: “İnsanlara səs müqabilində pul təklif edilir.
Ermənistanda rüşvətxorluq başa alıb gedir. Yetər artıq, seçkiyə görə bu qədər ədalətsizlik olmaz. Biz bu yalançılığa nə qədər dözəcəyik? Nə qədər irəliləmək lazımdır? Bu dəlilik əbədi davam edə bilməz. Bütün Ermənistan əhalisi yoxsul vəziyyətdədir, ancaq bunlar hakimiyyət davası edir. Ermənistanda rüşvətxorluq halları həddindən artıq çoxdur”.
Levon Ter-Petrosyan hər bir seçicinin bu saxtakarlığın qarşısını almaq üçün vicdana görə məntəqəyə gələrək səs verməsinin zəruri olduğunu bilidirb. Ter-Petrosyanın sözlərinə görə, dünya artıq Ermənistan hakimiyyətinin bu qanunsuzluğuna dözməməlidir: “Ermənistan hakimiyyəti hər zaman başqa-başqa yollarla seçkilər saxtalaşdırıb. Bu dəfə də seçkini saxtalaşdırmaq məqsədilə ən müxtəlif yolara əl atırlar”
Politoloq Vaqif Arzumanlının fikrincə, hazırki proseslərin Ermənistanda keçiriləcək parlament seçkilərinin qeyri-demokratik olmasını deməyə əsas verir. O, cərəyan edən proseslərin seçkinin gərgin keçəcəyinə işarə olduğunu qeyd edib: “Hesab edirəm ki, ilk olaraq seçki ərəfəsində Ermənistandakı ictimai-siyasi duruma diqqət yetirmək lazımdır. Oradakı reallıq bundan ibarətdir ki, bu ölkədə harızda Ermənistan erməniləri ilə, Dağlıq Qarabağ erməniləri arasında çox böyük qarşıdurmalar cərəyan edir. Təbii ki, hakimiyyətdə Dağlıq Qarabağ erməniləri olduğu üçün bu, indiki proseslərdə onların üstünlüyünü ortaya çıxarır. Bir çox partiyalar hakimiyyətdə Qarabağ ermənilərinin qalmasına, onların hakimiyyətdə təmsil edilməsinə meyillidirlər. Fikrimcə, Levon Ter-Petrosyanla Serj Sərkisyan arasında olan münaqişələr, toqquşmalar qarşıdakı seçkilərə öz təsirin göstərəcək. Ter-Petrosyanın tərəfdarları seçkilərin daha demokratik keçirlməsinə səy göstərərək, əvvəlki parlament seçkilərində olan saxtakarlığın bu dəfədə təkrarlanmamasına çalışırlar. Təbii ki, hakimiyyətdə Sərkisyanın tərəfdarları olduğu üçün seçkilərdə onların müəyyən üstünlükləri nəzərə çarpır. Bu isə parlament seçkilərində onların qələbə qazanmasına indidən söyləməyə əsas verir. Amma bu nəticəyə müəyyən qarşıdurmaların, saxtakarlıqların təsir göstərəcəyi qaçılmazdır”.
Poiltoloq Ermənistan dövlətinin öz siyasətini yürütmək iqtidarında olmadığı üçün seçiləcək parlamentin regionda aparılacaq diplomatiyaya hansısa formada təsir edəcəyinin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bütün addımlarını Rusiyanın imkanları daxilində atır: “Ermənistanın yürütdüyü bütün siyasətə nəzər salsaq, orada yalnız Moskvanın izini görə bilərik. Məhz buna görə də Ermənistan yalnız Rusiyanın onlara tövsiyə etdiyi adımları atırlar”.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da Ermənistanda keçiriləcək parlament seçkilərin son dərəcə qəliz və mürəkkəb keçəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərinin saxtalaşdırılmasına artıq indidən başlanılıb. Politoloq seçkilərin qeyri-demokratik keçirilməsinə görə, Ermənistan hakimiyyətinin ən müxtəlif yollara əl atdığını qeyd edib. M.Əhmədoğlu seçkinin qeyri-şəffaf keçirilməsi məqsədilə hətta seçicilərin sayının süni şəkildə şişirdilməsindən belə çəkinilmir: “Ermənistanda aparılan sonuncu rəy sorğusunda bu ölkədə yaşayan əhalsinin ümumi sayının 2 milyon 800 min olduğu bildirildi. Halbuki seçkidə iştirak üçün qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı 2 milyon 845 min nəfərdir. Belə çıxır ki, bu ölkənin seçicilərinin sayı əhalisinin sayından çoxdur. Məgər bu boyda saxtakarlıq olar? Göründüyü kimi, Ermənistan hakimiyyəti seçkilərdə qələbə qazanmaq üçün ən müxtəlif yollara əl atır. Bu, şoudan başqa bir şey deyil. Deməli Ermənistan hakimiyyəti şou həyata keçirməkdən ötrü hər yolu sınaycaq. Digər bir saxtakarlıq nümunəsi isə keçmiş deputat, eləcə də Ter Petrosyanın adamı olan şəxslə bağlıdır. Bu varlı şəxs əvvəllər Serj Sərkisyanın tərəfdarı olub. Onun parlament seçkilərində iştirakına mane olmaq üçün son beş ilin əksər vaxtını Ermənistanda olmadığını iddia etdilər. Və onun parlament seçkilərində iştirakına mane oldular. Digər bir tərəfdən isə 5 ildir ki, axtarışda olan şəxsə parlament seçkilərində iştirak üçün icazə verdilər. Belə ki, Ermənistanda Edvardo Muqusyan adlı bu şəxs Koçaryan və Serj Sərkisyana sui-qəsddə ittiham edilirək 5 il idi ki, axtarışda idi. Lakin deputat olmağa çalışan bu şəxs son anda Sərkisyanla barışdı və parlamentə düşmək üçün mübarizə üçün ona icazə verildi. İndii isə Yerəvan polisi ona bu şəhərdə yaşaması barədə sənəd verməlidir. Halbuki həmin şəxs axtarışda olduğu üçün orada yaşmayıb. Təsəvvür edirsiniz, polis beş il ərzində axtardığı şəxsə filan küçədə, filan mənzildə yaşaması barədə sənəd verəcək. Yəni Ermənistanda seçki ilə bağlı bu dərəcədə kobud qanun pozuntularına yol verirlər. Sərkisyan fövqəlada vəziyyətlə bağlı da qanunu öz xeyrinə qəbul etdi. Əgər bir problem yaranarsa, o, ötən illərdə olduğu kimi, yenə də ordunu işə qataraq Ermənistanda qırğın törədə bilər. Bütün bunlar gərgin keçən seçki prosesinin daha böyük pozuntulara yol açacağını labüdləşdirir”.
AQİL




Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar