12px14px16px18px

Dmitri Medvedyev və Vladimir Putinin illik gəlirləri açıqlanıb

01:03 / 13.04.2012
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev 2011-ci ildə 3,371 milyon rubldan çox pul qazanıb. APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Kremlin saytında məlumat yayılıb.
Dmitri Medvedyev və həyat yoldaşı Svetlana Medvedyeva 367,8 kvadrat metrlik mənzilə və Rusiya banklarında ümumilikdə 5, 178 milyon rublluq 15 hesaba malikdirlər.
D.Medvedyevin bundan başqa 1948-ci il model “QAZ 20 Pobeda” və 1948-ci il model “QAZ 21” minik avtomobilləri var. Svetlana Medvedyevanın isə 1999-ci il model “Volksvagen Golf” avtomobili var.
Rusiyanın hazırki baş naziri Vladimir Putinin də illik gəlirləri və sərvəti açıqlanıb. Kremlin saytında dərc olunan məlumatda bildirilir ki, Rusiyanın yeni seçilən prezidenti V. Putin 2011-ci ildə 3,662 milyon rubl pul qazanıb.
2010-cu ildə isə Putinin gəlirinin 5,042 milyon olduğu göstırilib.
Putinin mülkiyyətində ümumi sahəsi 1,5 min kvadrat metr olan mənzillər, qaraj və həyatyanı sahə var.
Bundan başqa onun mülkiyyətinə “QAZ M21”, “QAZ M21P” və “Niva” avtomobilləri və atasından ona qalan “Skif” markalı avtoqoşqu daxildir.




Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar