12px14px16px18px

Yaqub Mahmudov: “Ərzağın zənginləşdirilməsi haqqında” qanunun qəbuluna ehtiyac var”

00:47 / 13.04.2012
“Azərbaycanda ərzağın digər maddələr hesabına zənginləşdirilməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasına və qəbul edilməsinə ciddi ehtiyac var”.Bu fikri mətbuata açıqlamasında millət vəkili, Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü Yaqub Mahmudov dilə gətirib. Millət vəkilinin dediyinə görə, bir çox ərzaq məhsulları, xüsusilə, un məmulatları digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dəmir və digər maddələrin hesabına zənginləşdirilməlidir: “Özü də bu məsələ özbaşına buraxılmamalıdır. Gömrük, sərhəd xidməti orqanları, Kənd Təsərrüfatı, Səhiyyə nazirlikləri, digər aidiyyəti qurumlar bu məsələni daim nəzarətdə saxlamalıdırlar, ayıq-sayıq olmalıdırlar. Məsələn, xaricdən bizə un və un məhsulları daxil olur. Biz əvvəlcədən bilməliyik ki, bunlardan hansına ehtiyac var, hansı daha keyfiyyətlidir?! Bunları bilmədən, müəyyənləşdirmədən hər məhsulu, ərzağı Azərbaycan sərhədlərindən içəriyə keçməyə imkan vermək olmaz. Yəni, sözümün canı budur ki, ərzağın digər məhsullar, maddələr hesabına zənginləşdirilməsi olduqca vacib məsələdir.
Bunu, məsələni isə qanunvericilik yolu ilə tənzimləmək lazımdır. Həmçinin, bu məsələni hansısa qanuna dəyişikliklər etmək yolu ilə deyil, bu yöndə ayrıca qanun layihəsi hazırlamaq və onu qəbul etmək vasitəsi ilə tənzimləmək gərəkdir. Belə bir qanunun qəbulu ölkəmizdə ərzaq təhlükəsizliyinin, milli genefondla bağlı təhlükəsizliyin təmin olunması baxımından da çox gərəkli və vacibdir. Bu baxımdan, bunun qəbulunu gecikdirmək olmaz ”.
KAMİL



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar