12px14px16px18px

Cümşüd Nuriyev: “Azərbaycan müxalifəti mitinqlərdən gündəmdə qalmaq üçün istifadə edir”

00:08 / 12.04.2012
“Mitinqlərin keçirilməsi ilə gündəmdə qalmaq tək Azərbaycanda deyil, bütün dünyada özünü doğrultmayan bir amildir. Avropada keçirilən mitinqlər sosial təminat xarakteri daşısa da Azərbaycanda təşkil olunan mitinqlər isə əksinə sifariş və siyasi hakimiyyətin hərisliyi mitinqidir”.
Bu barədə müxalifətin mitinqlərinə münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, dünya ölkələrində- İspaniyada, Yunanıstanda, Portuqaliyada, İngiltərədə, Almaniyada və s. keçirilmiş mitinqlər dövlətə ziyan vurmaqdan başqa bir şey deyil: “Bunların hər birinin arxasında xüsusi sifariş dayanır. Azərbaycan müxalifəti son 18 ildə yəni 1993-cü ildən bu yana sifarişlər əsasında fəaliyyət göstərir”. Politoloq hesab edir ki, müxalifət keçirdiyi mitinqlərdə Qarabağ məsələsini qaldıraraq iqtidardan Qarabağ probleminin həlli yollarını tələb etsə, bu qəbul oluna bilən bir məsələdir: “Bu əslində iqtidara, dövlətə və millətə bir köməkdir. Lakin bu insanların maraqları ancaq özlərinin şəxsi maraqlarına köklənib. Burada dövlət və millət maraqlarından söhbət belə gedə bilməz. Onlar heç olmasa oturaraq ABŞ-ın 200 illik tarixinə diqqət yetirməlidirlər. Belə ki, onlar sırf işğalçılıq nəticəsində 7 ştatdan 50 ştata gəlib çatıblar. İnsan hüquqlarının pozulmasına gəlincə, birinci növbədə bunu Qərb və ABŞ dövləti pozur”.
C.Nuriyevin sözlərinə görə, Azərbaycanda keçiriləcək “Avroviziya” kimi möhtəşəm mahnı müsabiqəsində xüsusilə bu mitinqlərin gündəmə gətirilməsi xarici dövlətlərin, eləcə də Qərbin Azərbaycanla bağlı iqtisadi maraqlarına köklənib. Belə ki, onlar bir növ iqtisadi maraqları təmin etməkdən ötrü Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar: “Azərbaycan dövləti həm iqtisadi inkişaf tempinə, həm adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) eləcə də insan inkişafı indeksiyasına görə, artıq dünyanın aparıcı təşkilatları tərəfindən qəbul olunan bir dövlətdir”-, deyə politoloq sözlərinə əlavə edib.
O, bu gün Azərbaycan vətəndaşlarının mitinqləri narazılıqla qarşıladıqlarını və son aksiyanın da bir daha bunu sübut etdiyini deyib: “İnd artıq mitinqlər dövrü deyil. Son mitinqdə iştirakçıların sayının az olması da bir daha bunu göstərdi. Müxalifət hələ də başa düşmür ki, bu taktika ilə uzağa gedə bilməyəcək. İndi insanları bu cür mübarizə üsulları maraqlandırmır. Müxalifət son mitinqdən dərs götürməli, nəhayət anlamalıdır ki, bununla uğur qazana bilməyəcək”.
C.Nuriyev onu da əlavə edib ki, indi müxalifət adına fəaliyyət göstərən bu qüvvələr yalnız gündəmdə qalmaq üçün mitinq taktikasını davam etdirirlər: “Düşünürəm ki, bütün ehtiyatları tükənmiş bu insanlar indi heç nə ilə ətraflarına tərəfdar toplaya bilməyəcəklər”.
PƏrvanƏ



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar