12px14px16px18px

“Dövlət sosial sifarişi haqqında” qanun layihəsi hazırlanır

00:08 / 12.04.2012
Sosial qanunvericilik istiqamətində böyük işlər aparılır, Milli Məclis bu sahədə kifayət qədər mükəmməl qanunlar qəbul edib. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova dilə gətirib. Onun dediyinə görə, günün tələblərinə uyğun olaraq bir sıra qanunlara yeniliklər edilir. Millət vəkili deyib ki, ötən il “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində 800 minə qədər insanın təqaüdləri 40 faizə qədər artırıldı: “ Bu dəyişikliklər insanlar tərəfindən rəğbətlə qarşılandı. Eləcə də, səhiyyə sahəsində də vacib qanunlar qəbul olunub. Hesab edirəm ki, bu yaxınlarda ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Sosial xidmət haqqında” Qanunun tətbiqi də sosial qayğıya ehtiyacı olan insanlar üçün ciddi dəstək olacaq.
KAMİL



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar