12px14px16px18px

Hadi Rəcəbli:“Ailə Məcəlləsinə edilən dəyişikliklər öz müsbət nəticələrini verməkdədir”

00:34 / 11.04.2012
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin təşəbbüsü ilə cəmiyyətimizdə insanları düşündürən sosial məsələlərin müzakirəsinə həsr olunmuş dinləmələr keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Xəzər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər. Tədbiri açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən uğurlu sosial siyasət nəticəsində əhalinin rifah halı yaxşılaşıb: “Məhz bu siyasətin nəticəsində ölkəmizdə məktəblərin, xəstəxanaların, olimpiya idman komplekslərinin inşası, şəhid ailələri, qaçqınlar və məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları üçün binaların tikilməsi intensiv hal alıb”.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, tədbirin məqsədi əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hazırda qüvvədə olan qanunları, normativ- hüquqi sənədləri bir daha nəzərdən keçirmək, dövrün tələbinə uyğun olaraq onlarda bəzi dəyişikliklər etmək, zəruri sahələrlə bağlı yeni qanun layihələri hazırlamaqdır.Komitə sədri bildirib ki, Milli Məclisdə nikah yaşının artırılması, gənclərin nikaha daxil olarkən müəyyən sənədlərin tələb olunması ilə bağlı Ailə Məcəlləsinə edilən əlavələr və dəyişikliklər öz müsbət nəticələrini verməkdədir.
Milli Məclisin deputatları Rauf Əliyev, Musa Qasımlı və başqaları ölkədə əhalinin sosial məsələlərinin həlli, qanunların icra mexanizmləri ilə bağlı görülən işlərdən danışmış, mövcud problemləri təhlil ediblər. Qeyd olunub ki, dövlətimizin imkanları yüksəldikcə əhalinin sosial problemlərinin həllinə diqqət daha da artır.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
KAMİL



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar