12px14px16px18px

Hadi Rəcəbli: “Sovet hökuməti varis kimi silahı Rusiyaya verdi,

BORCU DA QOYDU BİZİM ÇİYNİMİZƏ”

04:22 / 10.04.2012
“Xalqımız düz 20 il idi ki, əmanətlərin qaytarılacağı anı gözləyirdi. İndi çox cevindirici haldır ki, cənab prezident Novruz bayramı ərəfəsində batmış əmanətlərin bərpası ilə bağlı fərman imzaladı”. Bunu mətbuata açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.
Onun dediyinə görə, amma bəzi dairələr bu gün bunu yaxşı qiymətləndirə bilmirlər: “ Bu, bizə sovet hökumətindən – o, başqa bir hökumət idi – miras qalmışdı. Sovet hökuməti silahı saxladı varislik kimi Rusiyada, amma borcu qoydu bizim çiynimizə. Niyə? Yaxşı şey olsaydı, borcu da saxlayardı Rusiyanın boynunda, indi pulumuzu da gedib ondan alardıq. Amma Rusiya bizə o pulu vermədi, qaldı o pul bizim hökumətin çiynində. Görün nə qədər narahat bir iş oldu və illərlə bu məsələnin həlli yolu axtarılırdı. Mən də bu yolu axtarırdım. İndi çox əlamətdar haldır ki, Prezidentimiz bayram ərəfəsində xalqımızı, camaatımızı sevindirdi ”.
Komitə sədri eyni zamanda, burada digər maraqlı bir məqama da toxunub: “ Bu günləri biz Avropa Şurasından Qarabağa dəyən ziyanı istəyirik, BMT-dən bunu istəyirik. Ala bilirikmi? Bax, bu da həmin məsələdi. Bizim torpaqlar işğal olunub , binalarımız məhv olub, insanların mülkü dağılıb, pulu dağılıb. Ala bilirikmi? Görün, nə qədər çətin məsələdir. Bu, zordu, bu, bizə olan təzyiqdi, təpkidi. Prezidentimiz bunların hamısını bir daha analiz edib, bu yolu seçdi ki, xalqımızın bu pulu bu yolla qaytarılsın. Bu gün buna ağız büzən də var, nəsə deyən də var. Amma belə deyil. Bunun mahiyyətində o durur ki, bu, bizim büdcəmizdən getdi, bu, bizim qazandığımız puldan getdi, ancaq, bütün bunlara baxmayaraq, biz bu məsələni həll etdik ”.
KAMİL




Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar