12px14px16px18px

Sevinc Fətəliyeva: “Səfirliklərimizin sayının artması Azərbaycanın dünyada mövqelərinin güclənməsinin göstəricisidir”

04:16 / 10.04.2012
“Azərbaycanın ildən-ilə xarici ölkələrdə açılan səfirliklərinin sayı artır. Bu, Azərbaycanın həm inkişafının, həm də ölkəmizin dünyada mövqelərinin güclənməsinin göstəricisidir”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Milli Məclisin ötən həftə keçirilən sonuncu iclasında ölkəmizin Avstraliya İttifaqında da səfirliyinin açılması haqqında qanun qəbul olunub. Avstraliyanın dünyanın inkişaf etmiş ölkələrindən biri olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu dövlət iqtisadiyyatın həcminə görə dünyada 13-cü, adambaşına düşən ÜDM üzrə 6-cı yer tutur. “Ölkələr arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacaq. Bu günə kimi Azərbaycanın dünyanın həmin hissəsində yalnız İndoneziya, Malaziya və Yaponiyada səfirlikləri fəaliyyət göstərir. Kanberra şəhərində səfirliyimizin təsis olunması gələcəkdə Yeni Zellandiya və digər qonşu dövlətlərdə Azərbaycanın diplomatik missiyasının təmsil olunması üçün imkan yaradacaq və əlaqələrimizin genişlənməsinə təkan verəcək”- deyə , komitə sədrinin müavini vurğulayıb.
KAMİL









Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar