12px14px16px18px

Qənirə Paşayeva: “Bütün azərbaycanlılar birlik içində torpaqlarımızı işğaldan azad edəcək”

04:09 / 10.04.2012
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə dünən Marneuli şəhərində Ağdaban faciəsinin qurbanları anılıb. Tədbir iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla yad etdikdən sonra AMM-nin rəhbəri Fazil Həsənov bu faciə haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.
Sonra Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili , Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliam barədə geniş çıxış edib. O bildirib ki, Ermənistan dövləti vandalizm aksiyası həyata keçirərək Ağdaban kəndini tamamilə yandırmış, onlarla sulahsız, dinc insanı qətlə yetirmiş, işğal zamanı Ağdaban sakinlərinə qarşı qeyri-insani əməllər törətmişdir və bu gün o faciənin 20-ci ildönümü tamam olur:
“Ağdaban faciəsi zamanı ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələrinin dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlarımız təhqir olunub və məhv edilib. Ermənistan silahlı qüvvələrinin mədəni irsimizə qarşı törətdiyi vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Şair Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmalarını yandırıb məhv ediblər”.
Millət vəkili onu da bildirib ki, bu gün bu tədbirin Gürcüstanda keçirilməsi çox önəmlidir: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vəzifəsi Ermənistan dövlətinin torpaqlarımızın 20%-ni işğal etməsini, işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktlarını, soyqıqırımlarını, Ağdaban faciəsi kimi faciələri dünya ictimaiyyətinə geniş şəkildə çatdırmaqdır. Gürcüstanda yaşayan və Gürcüstan vətəndaşı olan soydaşlarımız da Gürcüstan ictimaiyyətini Ermənistanın törətdiyi bu vandalizm aktları barədə, Ağdaban faciəsi ilə bağlı daima ərtaflı məlumatlar verməku və onları Ermənistan silahlı qüvvələrinin törətdiyi bu vəhşiliklərə qarşı öz etiraz səslərini ucaltmağa çağırmalıdır. Dünyada yaşayan bütün azərbaycanlılar Ağdaban faicəsi də daxil olmaqla, Ermənistan nümayəndələrinin işğal etdiyi torpaqlarımızda törtədiyi soyqırımlar, faciələrə görə təkcə tarix deyil, ədalət qarşısında da cavab verməsinə nail olmağımız üçün yorulmadan çalışmalıdır. Bu soyqırımları, faciələri törədən şəxslər – Ermənistanın keçmiş prezidenti Koçaryan, bugünkü prezidenti Sarkisyan başda olmaqla, tarix və ədalət qarşısında cavab verməlidirlər və dünyadakı bütün azərbaycanlılar buna nail olmaq üçün səylərini gücləndirməlidirlər ”. Q. Paşayeva sonra bunları deyib: “ Mən əminəm ki, bütün azərbaycanlılar birlik və bərabərlik içərisində torpaqlarımızı Ermənistanın işğalından azad edəcək. O gün uzaqda deyil”.
Millət vəkili ziyalıları Ağdaban faciəsi də daxil olmaqla, Azərbaycan həqiqətlərinin böyüyən gəncliyimiz arasında daha geniş yayılması istiqamətində sətlərini artırmağa da çağırıb. O, Ağdaban faciəsi, Kəlbəcərlə bağlı çoxlu sayda material və film nüsxələrini tədbirdə iştirak edənlərə və Gürcüstanda fəaliyyət göstərən mətbuat və media orqanlarına, QHT təmsilçilərinə təqdim edib.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Vasif Bədəlov çıxışında belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı Birliyinin təqdimatılə Ağdaban faciəsindən bəhs edən Ağdaban Faciəsi: “Sındırılmış Sazın Fəryadı” adlı bədii-sənədli film nümayiş edilib.
KAMİL



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar