12px14px16px18px

Azay Quliyev: “Siyasi partiyalarla bağlı liberallaşma siyasəti davam etdirilməlidir”

04:07 / 10.04.2012
“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi bu günlərdə komitəmizə daxil olub. Qeyd etmək istəyirəm ki, onunla bağlı ayın 10-da komitəmizdə müzakirələrin aparılması nəzərdə tutulur”.Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, bununla belə, o, bir parlamentari olaraq, sözügedən qanuna əlavə və dəyişiklikləri vacib hesab edir. “ Şəxsən mən bir millət vəkili olaraq belə hesab edirəm, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi nəhayət, bu sənəddə öz əksini tapmalıdır. Eyni zamanda, siyasi partiyaların yaradılması, fəaliyyət qaydaları kifayət qədər sadələşdirilməlidir, bu sahədə liberallaşma siyasəti davam etdirilməlidir, ən əsası isə, Azərbaycanda siyasi partiyaların bir siyasi institut olaraq inkişafı üçün onlara hərtərəfli dəstək verilməlidir. Mənim şəxsi yanaşmam belədir ”-deyə, millət vəkili sonda vurğulayıb.
KAMİL





Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar