12px14px16px18px

Ziyafət Əsgərov: “Naxçıvan-Qars arasında dəmir yolu layihəsi hökumətin diqqətindədir”

13:29 / 07.04.2012
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq muxtar respublika ilə Qars arasında dəmir yolunun çəkilməsinin vacibliyini deyib. Millət vəkili hökumətin bu məsələni diqqətdə saxlamalı olduğunu nəzərə çatdırıb.
Buna cavab olaraq Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bununla bağlı niyyət protokolunun imzalandığını və layihənin hökumətin diqqətində olduğunu bildirib.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 175 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar