12px14px16px18px

Hadi Rəcəbli: “İnanıram ki, heç olmasa, bu il Tibbi Sığorta Agentliyi fəaliyyətə başlayacaq”

14:44 / 20.03.2012
“Bu sahədə müvafiq qanunun, Prezidentin bir neçə fərman və sərəncamlarının olmasına baxmayaraq tibbi sığorta ilə bağlı demək olar ki, heç bir addım atılmayıb”. Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Komitə sədrinin qeyd etdiyinə görə, bu qanun təxminən on il bundan öncə qəbul olunub, sonradan isə ona 7 dekabr 2007-ci il tarixdə əlavə və dəyişikliklər edilib. H. Rəcəbli deyib ki, yeni əlavə və dəyişikliklərlə bağlı ölkə Prezidentinin xüsusi fərmanı da dərc olunub: “Bu fərmanla Tibbi Sığorta üzə Dövlət Ağentliyinin Nazirlər Kabinetində yaradılması məsələsi təsdiq olunub. Eyni zamanda, bununla bağlı Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyası təsdiq edilib. Həmçinin, 10 yanvar 2008-ci il tarixində Prezident sərəncamı ilə “2008-2012 –ci illərdə respublikamızda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiqlənib. Bu məqsədlər üçün dövlət büdcəsindən Tibbi Sığorta Agentliyinə 2009-cu ildə 51 milyon, 2010-cu ildə 30 milyon, 2011-ci ildə 30 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin illərlə büdcədə təsbit olunmasına baxmayaraq, səhlənkarlıq ucbatından heç biri icra olunmayıb”. Azərbaycanda hələ də Tibbi Sığorta Agentliyinin fəaliyyətinin bütövlükdə olmamasından narahatlığını ifadə edən komitə sədri hökuməti bu sahədə heç bir iş görmədiyinə görə ittiham edib. H.Rəcəbli bildirib ki, Nazirlər Kabinetinin bu sahəyə göstərdiyi biganəlik heç bir çərçivəyə sığmır: “Bu, çox ciddi bir məsələdir. Mən başa düşmürəm ki, bu soyuqqanlılıq nədən qaynaqlanır. Təsəvvür edin ki, təkcə bununla əmək haqqını 50% artırmaq olardı. Bütün bunlar onu göstərir ki, hökumət bu sahədə çox pis işləyib. Özü də bir il yox, bir neçə il. Mən hökumətin bu sahədəki işini kəskin tənqid edirəm. Cox inanıram ki, nəhayət, Tibbi Sığorta Agentliyi 2012-ci ildə fəaliyyətə başlayacaq. Bu, cənab Prezidentimizin tələbidir. Bunu bizim səhiyyə işçiləri istəyirlər, bunu sadə vətəndaşlarımız istəyirlər”. KAMİL










Bu yazı ( 421 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar