12px14px16px18px

Sahibə Qafarova: “ Nazirlər Kabinetinin son bir illik fəaliyyəti də müsbət qiymətləndirilməlidir”

14:36 / 20.03.2012
“Əvvəlki illərdə olduğu kimi, son bir ildə də Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiq sayılmalıdır. Şəxsən mən bir millət vəkili hökumətin son bir illik fəaliyyətini müsbət qiymətləndirirəm və parlamentdə Nazirlər Kabinetinin hesabatı zamanı onun fəaliyyətinin qənaətbəxş hesab edilməsinin lehinə səs verəcəyəm”. Bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib. Millət vəkili hesab edir ki, hökumət Azərbaycan prezidenti tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb: “Özünüz şahidsiniz ki, 2008-ci ildə dünyada, o cümlədən inkişaf etmiş Qərb ölkələrində, Avropada başlanan maliyyə-iqtisadi böhran hələ də davam etməkdədir. Aparıcı, inkişaf etmiş ölkələr hələ də böhranın məngəsindən, onun vurduğu yaralardan tam qurtula, xilas ola bilməyiblər. İspaniyada, İtaliyada, Yunanıstanda və sair ölkələrdə baş verənlər dediklərimizin tam əyani sübutudur. Amma bütün bunların fonunda dünyada yaşanan məlum böhran Azərbaycana öz ciddi təsirlərini göstərə bilmədi, Azərbaycan belə demək mümkünsə, bu böhrandan ən az zərərlə çıxan ölkələrdən biri oldu və birincisidir. Əksinə, son bir ildə Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf etdi, daha doğrusu, öz dinamik inkişaf səviyyəsini qoruyub saxlamağa nail ola bildi. Bu gün Azərbaycan hər cəhətdən regionun lider dövlətidir. Bunlar da heç şübhəsiz ki, Azərbaycan prezidentinin məqsədyönlü, düşünülmüş siyasəti və bu siyasəti öz fəaliyyətində daim rəhbər tutan Azərbaycan hökumətinin, Nazirlər Kabinetinin gərgin zəhməti, əməyi ilə bağlıdır. Odur ki, hökumətin son bir illik fəaliyyətini də uğurlu hesab edir və onun atdığı addımları dəstəkləyirəm”. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 384 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar