12px14px16px18px

Hadi Rəcəbli: “Gələn il “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi müzakirələrə çıxarılacaq”

00:36 / 19.03.2012
Bizdə “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanuna ehtiyac var. Neçə illərdir ki, bu məsələni gündəmə gətiririk və hesab edirik ki, nəhayət belə bir qanun layihəsi müzakirələrə çıxarılıb, qəbul olunmalıdır. Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova sözügedən komitənin iclasında dilə gətirib. Millət vəkili bildirib ki, belə bir qanunun müzakirələrə çıxarılması və qəbulu gənc ailələrin dövlət tərəfindən daha sıx dəstəklənməsinə səbəb ola bilər. Adıçəkilən komitənin sədri Hadi Rəcəbli isə millət vəkilinin qaldırdığı məsələyə toxunaraq bildirib ki, bu məsələ artıq öz həllini tapmaq üzrədir: “Sizə bir şad xəbər vermək istərdim. İki gün öncə Milli Məclisin sədri Oqtay Əsədovun qəbulunda oldum və bu məsələnin xeyir-duasını aldım. Oqtay müəllim də “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanunun qəbulunu vacib sayaraq, bu yöndə müvafiq layihənin müzakirələrə çıxarılmasının vacibliyini söylədi. Qeyd edim ki, bu yöndə müvafiq qanun layihəsi parlamentin gələn ilin yaz sessiyasının müzakirələrinə çıxarılması nəzərdə tutulur”.


Bu yazı ( 469 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar