12px14px16px18px

Gülər Əhmədova: “Orta məktəblərdə “media oxuma-yazma” dərsləri tədris olunmalıdır”

00:23 / 19.03.2012
Son illər dünyada uşaqlar arasında psixi pozğunluqların, uşaq intiharlarının sayı xüsusilə artmaqdadır. Eyni zamanda, çox təəssüflər olsun ki, uşaqların bir çoxu baxımsızlıq, diqqətsizlik üzündən zərərli dini cərəyanların alətlərinə çevrilirlər. Bu fikirləri parlamentin dünənki iclasında çıxışı zamanı hakim partiyadan olan millət vəkili Gülər Əhmədova dilə gətirib. Millət vəkilinin dediyinə görə, uşaqlar arasında intiharların, psixi pozğunluqların artmasına bir səbəb də yazılı və elektron mediada gedən obyektivlikdən kənar məlumatlar, informasiyalardır: “Bir çox hallarda mediada həqiqətə uyğun olmayan, heç bir fakta əsaslanmayan məlumatlar, yazılar öz əksini tapır və bunlar cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilir. Hətta şəxsən mən özüm də şahid olmuşam ki, bu əsası olmayan, həqiqəti əks etdirməyən məlumatlarla, yazılarla bağlı müzakirələr ailələrimizdə də aparılır və həmin müzakirələr uşaqların yanında gedir. Bu isə heç şübhəsiz, onların psixikasına ciddi, mənfi təsir göstərir. Dünyada da belə bir təcrübə var ki, bəzi ölkələrdə “media oxuma-yazma” dərsləri keçilir və orada uşaqlara mediada gedən materialların sətiraltı mənaları izah olunur. Bu isə nəticə etibarilə, həmin uşaqlara öz müsbət təsirini göstərir. Ona görə də hesab edirəm ki, nəhayət bizdə də bu təcrübəyə istinad edilməsinin vaxtı gəlib çatıb. Yəni bizim orta məktəblərdə də Təhsil nazirliyi tərəfindən “media oxuma-yazma” dərsləri keçilməlidir. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar