12px14px16px18px

Millət vəkili: “2020-ci ilə qədər Azərbaycanda universitet təhsilli gənclərin sayı 50 faizə qaldırılmalıdır”

00:22 / 19.03.2012
Dünən Azərbaycanda universitet təhsilli gənclərin sayı təxminən 30%-dir. Bu templə davam edərsə, yaxın bir neçə ildə universitet təhsilli gənclərimizin göstəricisi 25%-ə enəcək. Bu sözləri parlamentin bugünkü iclasında hakim partiyadan olan millət vəkili Əli Əhmədov dilə gətirib. Millət vəkili hesab edir ki, Azərbaycanda universitetlərin sayının artırılmasına, o cümlədən, universitet təhsilli gənclərin göstərici faizinin yüksəldilməsinə ciddi ehtiyac var: “Hesab edirəm ki, 2020-ci ilin inkişaf konsepsiyası ilə bağlı həmin dövrə qədər universitet təhsilli gənclərimizin faiz göstəricisi 30%-dən ən azı 50%-dək artırılmalıdır”. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar