12px14px16px18px

Əli Əhmədov: “Rayon sözü ləğv olunmalıdır”

00:21 / 19.03.2012
 İnzibati-ərazi vahidlərinin rayon adlandırılması yolverilməzdir. Bu məsələ sovetlər dövründən qalma bir məsələdir və onun indi saxlanılmasına ehtiyac yoxdur. Bu sözləri parlamentin dünənki plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, Azərbaycanın müstəqil dövlət olmasını nəzərə alaraq, inzibati-ərazi vahidlərinin rayon kimi adlandırılması ölkənin indiki reallıqlarına uyğun gəlmir. Millət vəkili həmçinin bildirib ki, bu gün regionların böyük əksəriyyəti dövlət rotasiyası hesabına yaşayır ki, buna da artıq son qoyulmasının vaxtıdır: “2003-cü ildən bu yana ölkə başçısının müvafiq fərmanlarına uyğun olaraq, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramların həyata keçirilməsi nəticəsində də regionlarımızın həm iqtisadi vəziyyəti yüksəlib, həm də onların siması dəyişib. Ancaq bu inkişafa baxmayaraq, regionların böyük əksəriyyəti hələ də dövlət dotasiyası hesabına yaşayır. Ona görə, hesab edirəm ki, artıq bu inkişaf tempini nəzərə alaraq, regionların dövlət dotasiyası ilə yaşamasına son qoyulmalıdır”. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar