12px14px16px18px

Hadi Rəcəbli: “ Azərbaycan qarşıya daha böyük məqsədlər qoyub ”

01:48 / 15.03.2012
“2020-ci il üçün Azərbaycan qarşıya daha böyük məqsədlər qoyub. Ölkədə bu vaxtadək kifayət qədər möhkəm sosial, iqtisadi baza yaradılıb. Bu baxımdan, nəzərdə tutulan inkişaf konsepsiyası böyük əhəmiyyətə malikdir”.Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, 2020-ci ilə daha mütərəqqi, iqtisadi, maliyyə, sosial məsələlər aktualdır. Onun sözlərinə görə, ölkəmiz bu prosesdə dünyada gedən prosesləri nəzərə almalı və buna uyğun addımlar atmalıdır. “Ötən 8-9 il ərzində görürük ki, Azərbaycanda artıq çox müasir, mütərəqqi dövlət quruculuğu modeli həyata keçirilir. Burada modernləşmiş dövlət quruculuğundan danışanda Azərbaycan üçün xarakterik elementlərə diqqət yetirmək lazımdır. Birincisi, bizim dövlət quruculuğunda səbəb-nəticə məsələsi var. Prezident İlham Əliyevin dövlət quruculuğunda səbəb-nəticə əlaqələrinin nəzərə alındığı görünür. Başqa bir məqam isə odur ki, Azərbaycanda regional idarəetmə həyata keçirilir. Artıq regionların sosial-iqtisadi inkişaf proqramı əsasında hər yerdə quruculuq işləri görülməyə başlandı. Vergi, kənd təsərrüfatı sahələrində regional idarələr yaradıldı. Ölkə başçısının dövlət quruculuğu siyasətinin özəlliklərindən biri görülən işlərin dünya standartlarına uyğunlaşdırılmasıdır”- deyə, sonda komitə sədri vurğulayıb.
KAMİL


Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar