12px14px16px18px

Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək

14:03 / 02.03.2012
Martın 12-də Bakı Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçiriləcək. Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonağın iştirakı nəzərdə tutulur.
Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası diasloqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr ediləcək, müzakirələr aparılacaqdır. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” olacaq.
Panellər üzrə müzakirələr tamamlandıqdan sonra Qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının Qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq.
Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək.
Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultrayının qətnaməsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilmiş və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapıb.
PƏRVANƏ



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar