12px14px16px18px

Gələn il büdcədən müdafiə xərcləri üçün 1,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur

01:53 / 28.10.2009
 
 
      Gələn ilin dövlət büdcəsindən müdafiə xərcləri 1 mlrd. 205 mln. 827 min manat planlaşdırılır. Bu barədə APA-ya Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, dünyadakı maliyyə böhranına baxmayaraq, digər ölkələrdən fərqli olaraq Azərbaycan gələn il üçün müdafiə xərclərini azaltmayıb. Əksinə, 2010-cu il üçün nəzərdə tutulan vəsaitin həcmi 2009-cu illə müqayisədə 0,9% çoxdur.
       “Artımın elə də böyük olmamasının bəzi səbəbləri var. Məsələn, müdafiə sektorunda elə proqramlar var ki, onlar əvvəlki illərdə həyata keçirilib” deyə Z. Oruc vurğulayıb.
       Büdcənin müdafiə xərcləri funksional bölməsində nəzərdə tutulan vəsaitin 1 mlrd. 120 mln. 991 min manatı müdafiə qüvvələri, 80 mln. 026 min manatı təhlükəsizlik qüvvələri, 2 mln. manatı tətbiqi tədqiqatlar, 2 mln. manatı isə digər kateqoriyalar üçün nəzərdə tutulur.
       Millət vəkili onu da vurğulayıb ki, büdcədə investisiya xərclərində və digər xərclərdə Silahlı Qüvvələrə yönəlmiş investisiyalar da nəzərdə tutulub.
      Bundan əlavə, gələn il büdcədə hüquq-mühafizə orqanlarının saxlanılması xərcləri 625 mln. manat təklif edilir.
 



Bu yazı ( 333 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar